İran BƏƏ-nin ərazisinə raket atması ilə bağlı ittihamlarını rədd edib

İran BƏƏ-nin ərazisinə raket atması ilə bağlı ittihamlarını rədd edib

Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın Silahlı Qüvvələrinin əmirliyə raket atması ilə bağlı ittihamlarını rədd edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Tehran BƏƏ-nin ərazisinə raket atılması ilə bağlı iddialarını qəti şəkildə rədd edir və İslam Respublikasına qarşı bu cür ittihamlardan təəssüflənir. Sözçü ittihamları mehriban qonşuluq prinsiplərinə zidd, regional dövlətlər arasında etimad yaratmaq və Fars körfəzində qeyri-sabitliyin qarşısını almaq üçün səylərə zərərverici adlandırıb.

Report.