İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər

İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin sentyabrın 9-da qəbul etdiyi qətnamə digər ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmağa sövq edə bilər.

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib.

Rezayi BAEA-nın İrana qarşı qəbul etdiyi qətnaməni tənqid edib. Onun sözlərinə görə, sənəd qanunsuz, texniki baxımdan əsassız və sırf siyasi xarakter daşıyır: “BAEA İdarə Heyətinin İrana qarşı qəbul etdiyi qətnamə qanunsuz, texniki baxımdan əsassız, sırf siyasi və qəbuledilməzdir. Qətnamədə ABŞ və İsrailin təzyiqinin açıq izi görünür”.

O əlavə edib ki, BAEA-nın siyasiləşdirilmiş və dağıdıcı addımları digər ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmağa sövq edə bilər.

Qeyd edək ki, BAEA-nın İdarə Heyəti bundan əvvəl ABŞ və üç Avropa ölkəsinin təklifi ilə İranın nüvə proqramına dair qətnamə qəbul edib. Səsvermə zamanı 23 ölkə sənədin lehinə səs verib, 8 ölkə bitərəf qalıb, 3 ölkə isə qətnamənin əleyhinə çıxıb.

Report.