İran Avropa İttifaqından konstruktiv mövqe tələb edib

İran Avropa İttifaqından konstruktiv mövqe tələb edib

İran ABŞ ilə münaqişə zamanı Avropa İttifaqından (Aİ) konstruktiv yanaşma tələb edib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşdə bildirib.

“Ölkəmizin xarici işlər naziri beynəlxalq proseslərdə Avropa İttifaqının konstruktiv rol oynamasının və ikili standartlara əsaslanan yanaşmalardan çəkinməsinin vacibliyini vurğulayıb”, – Əraqçinin “Telegram” kanalında vurğulanıb.

Əraqçi həmçinin İranın region səviyyəsində sülh və təhlükəsizliyin əldə olunması üçün diplomatiyaya əməli sadiqliyinə işarə edərək, Amerikanın dəfələrlə öhdəlikləri pozmasının diplomatik prosesləri əngəlləyən yeganə amil olduğunu qabardıb: “Təəssüf ki, Aİ bir çox hallarda iddia etdiyi prinsiplərə əməl etmək əvəzinə, Amerika qarşısında güzəştə getmək yolunu seçib, bu isə heç bir halda beynəlxalq sülh və təhlükəsizliyə xidmət etməyəcək”.

Report.