İran ABŞ-yə xəbərdarlıq edib

İran ABŞ-yə xəbərdarlıq edib

Rəsmi Tehran ABŞ-nin İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək.

Bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai İran dövlət televiziyasının efirində danışıb.

“Əgər ABŞ-nin hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən “hücum və tam məhvetmə” mərhələsinə keçəcək”, – deyə o, bildirib.

Report.