İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək.
Bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib.
“(ABŞ Prezidenti Donald) Tramp dəfələrlə iddia edib ki, guya İranın nüvə obyektlərini məhv ediblər, lakin eyni zamanda və təkrar-təkrar bəyan edirlər ki, İranın nüvə silahı olmamalıdır və bu ziddiyyət bitmək bilmir”, – “Tasnim” agentliyi Abdullahinin sözlərindən sutat gətirib.
O, ABŞ Prezidentinin müvafiq sözlərinin daxili auditoriyaya hesablandığını bildirib.
Report.