İqnasio Kassis Azərbaycana gəldi

İqnasio Kassis Azərbaycana gəldi

“Azərbaycana ilk rəsmi səfərimi etməkdən məmnunam”.

Bunu İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis “X” hesabında yazıb.

“Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. ATƏT-in fəaliyyətdə olan sədri olaraq, Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı təşviq etməklə yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı dərinləşdirməyi hədəfləyirik”, – o qeyd edib.

İ.Kassis növbəti səfərini Türkmənistana edəcəyini bildirib.

Qafqazinfo.