İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

Şərqi Nusa-Tenqarada (İndoneziya) 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

“Vurğulamaq lazımdır ki, zəlzələ nəticəsində həlak olan 100 nəfər ağır xəsarətlər almışdılar və tibb müəssisələrində müalicə olunurdular. Lakin onları xilas etmək mümkün olmayıb”, – agentlikdən qeyd edilib.

Zəlzələ nəticəsində 1 603 nəfər yaralanıb, 180 327 nəfər isə qaçqın düşərgələrində yerləşmək məcburiyyətində qalıb.

Report.