“İmtahanda iştirak edən 10 müəllimdən 9-u uğur qazanıb”

“İmtahanda iştirak edən 10 müəllimdən 9-u uğur qazanıb”

“Sertifikasiya imtahanında iştirak edən 10 müəllimdən 9-u uğur əldə edib”.

Bunu “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, 2022-2026-cı illər üzrə təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib: “İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya va informatika müəllimləri üzra sertifikatlaşdırma prosesinin hər iki mərhələsi, tarix, təsviri incəsənət, texnologiya, musiqi va fiziki tərbiyə müəllimləri üzrə isə birinci mərhələ başa çatıb. Demək olar ki, bütün müəllimlər an azı 1 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar”.

Gülnar Əliyeva

Qafqazinfo.