İmişlidə yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb

İmişlidə yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobilə çırpılıb. Daha sonra isə yoldan çıxıb.

Qəza nəticəsində “VAZ”-ın sürücüsü yaralanıb, avtomobildə olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Report.