İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə “Report”un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb.

Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.

Report.