İllər sonra Türkiyədən Ermənistana ilk yüksək səviyyəli səfər

İllər sonra Türkiyədən Ermənistana ilk yüksək səviyyəli səfər

Türkiyə Vitse-prezidenti Cevdet Yılmaz Ermənistana səfər edib

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Sammitində iştirak etmək məqsədilə Ermənistana gəlib.

O, paytaxt İrəvanın “Zvartnots” hava limanında Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan tərəfindən qarşılanıb.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci Sammiti bu gün, mayın 4-də İrəvanda keçirilir. Sammit “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” şüarı altında baş tutur.