İlin əvvəlindən Azərbaycandan 12 ölkəyə 954 kq-dan çox balıq kürüsü ixrac edilib

İlin əvvəlindən Azərbaycandan 12 ölkəyə 954 kq-dan çox balıq kürüsü ixrac edilib

Bu ilin 7 ayı ərzində (yanvar-iyul) 954,2 kq balıq kürüsü 12 ölkəyə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya ixrac olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, əvvəlki illə müqayisədə balıq kürüsünün ixrac həcmi 2,7 dəfə artıb. İxrac olunan balıq məhsulları və kürüsü idxalçı ölkələrin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı ilə təmin edilir.

Həmçinin bildirilib ki, kürü ilə yanaşı, balıqyetişdirmə müəssisələrində yetişdirilən müxtəlif balıq növlərinin də Avropa İttifaqı və Birləşmiş Krallıq bazarına ixrac icazəsinin əldə edilməsi istiqamətində müvafiq işlər görülür.

Report.