İki küçədə hərəkət məhdudlaşdırılacaq

İki küçədə hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Belə ki, avqustun 18-dən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi – Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi – Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək saat 20:00-dan müvəqqəti bağlanacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

 

Qafqazinfo.