İki gün güclü külək əsəcək

İki gün güclü külək əsəcək

Avqustun 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göy-göl, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qafqazinfo.