Bütün ermənilərin katolikosu II Qaregin və 6 yepiskopa qarşı iş üzrə ilk məhkəmə iclası avqustun 7-də keçiriləcək.
Bu barədə vəkil Ara Zöhrabyan sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, iclas saat 16:00-da Eçmiədzində, Armavir vilayəti ümumi yurisdiksiya məhkəməsində başlayacaq. İşə hakim Akop Manukyan baxacaq.
Report.