İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb

İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb

İdxal və ixrac prosesləri “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə tam rəqəmsallaşdırılıb.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan 70-dən çox ölkəyə məhsul ixrac edir: “Bitkiçilik məhsullarının ixracı 490 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% (49 703 ton) artıb. ABŞ, Avropa İttifaqı və Rusiya daxil olmaqla 20-dən çox növ heyvan mənşəli məhsul ixrac olunur.

Report.