İdarəetməni itirib “Mercedes”i ağaca çırpdı – Yaralanan var+Foto

İdarəetməni itirib “Mercedes”i ağaca çırpdı  – Yaralanan var+Foto

Gəncədə idarəetməni itirən sürücü “Mercedes” markalı avtomobili ağaca çırpıb.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Yusif Sadıqov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.

Yunis Quliyev


Qafqazinfo.