İçərişəhərdə tarixi binanın divarının yazılması məsələsi polis nəzarətinə götürülüb

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi binanın üzərinin yazılmasına münasibət bildirib.

Qoruqdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dünyanın müxtəlif şəhərlərində bu kimi hallara rast gəlinir.

“Yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur. Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ “Art Wall” – xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür”, – məlumatda bildirilib.

Qeyd olunub ki, abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır:

Report.