Bu gün Rusiyanın əyalətlərində yerli xalqlar, xüsusən də kiçik xalqlar zorla hərbi xidmətə çağırılır və Ukrayna ilə müharibəyə göndərilir.
Bu barədə Dünya Çərkəz Agentliyi Hərəkatının təmsilçisi İbrahim Yaqanov “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransda Fransadan videobağlantı vasitəsilə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, çərkəzlər də bir çox digər xalqlar kimi bu müharibəyə cəlb olunur və artıq çox sayda çərkəz bu müharibədə həyatını itirib.
“Çərkəzlərin bu müharibəni dəstəkləmək üçün heç bir səbəbi və öhdəliyi yoxdur. Buna baxmayaraq, Rusiyanın hüquq-mühafizə orqanları gənclərimizi zorakılıqla həbs edir və Ukraynaya – cəbhəyə aparır. Rusiya qüvvələri gecə basqınları həyata keçirir, insanları həbs edir və onları çətin bir seçim qarşısında qoyur: ya hərbi xidmətdən imtina görə həbsxanaya, ya da müqavilə imzalayıb müharibəyə göndərilmə seçimi verilir”, – İ.Yaqanov bildirib.
O iddia edir ki, saxlanılanların bir hissəsi ailələrinin təqib olunacağından qorxaraq müqavilə imzalayır, imtina edənlər isə onun sözlərinə görə, həbsxanaya göndərilir və orada elə qeyri-insani işgəncələrə məruz qalırlar: