Həyətində terras tikirdi – 1100 illik vikinq xəzinəsi tapdı

Həyətində terras tikirdi  – 1100 illik vikinq xəzinəsi tapdı

Danimarkada bir sakin həyətində terras inşa edərkən vikinqlər dövründən qalma ən böyük gümüş xəzinəsini aşkar edib.

Təxminən 1100 il tarixi olan xəzinəyə 18,5 kq-dan çox çəkiyə malik 700 gümüş əşya daxildir. 

Bildirilir ki, bu, Danimarkada indiyədək aşkar edilmiş vikinqlər dövründən qalma ən böyük xəzinədən 3 dəfə daha böyükdür. Tapılan əşyalara gümüş külçələr, bəzək əşyaları, 47 bütöv sikkə və sikkə fraqmentləri, həmçinin Skandinav tanrılar panteonuna daxil olan Torun çəkici daxildir. 

Tapıntıya 899-924-cü illərdə hakimiyyətdə olmuş kral Böyük Edvardın hakimiyyəti dövründə zərb edilmiş iki anqlosaks gümüş sikkənin daxil olması xəzinənin təxminən X əsrdə basdırıldığını güman etməyə əsas verir. 

Xəzinə qiymətləndirilməsi üçün Danimarka Milli Muzeyinə təhvil veriləcək.



Qafqazinfo.