Təhsil haqqında dövlət nümunəli sənədlər artıq “myGov” platformasında əlçatandır.
2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini “myGov” (web) – “Təhsil məlumatlarım” – “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.
Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov-az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.
Yaxın günlərdə elektron təhsil sənədləri “myGov” mobil tətbiqində də əlçatan olacaq.
Qafqazinfo.