HƏMAS-ın tərksilah edilməsi Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə əldə edilib

HƏMAS-ın tərksilah edilməsi Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə əldə edilib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsi barədə razılıq Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə edilib.

ABŞ Prezidenti bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Vasitəçilərə – Misir, Qətər və Türkiyəyə – mühüm səylərinə görə, xüsusən də yorulmaz işi ilə bu tarixi irəliləyişi mümkün edən görkəmli komandama minnətdarlığımı bildirmək istəyirəm”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, Sülh Şurası HƏMAS və Qəzza zolağındakı bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi barədə razılığa gəlib. Tramp vurğulayıb ki, 7 oktyabr 2023-cü ildə Qəzzadan gələn təhlükənin yenidən ortaya çıxmasına icazə verilməməlidir.

“Axios” portalı isə xəbər yayıb ki, razılaşmaya əsasən, HƏMAS və İsrail təxminən yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra mürəkkəb addımlar atmalıdırlar və bu addımlar müstəqil tərəf tərəfindən təsdiqlənəcək.

Report.