Həkim: Xəstələrin sözlərinə görə, yasda qidalandıqdan sonra halları pisləşib

Həkim: Xəstələrin sözlərinə görə, yasda qidalandıqdan sonra halları pisləşib

Gəncədə zəhərlənən şəxslər bütün laborator müayinələrdən keçirilib.

Bunu “Report”un Qərb bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Firdovsi Məmmədov deyib.

“Xəstələrə bütün yardım göstərilib. Biri artıq ambulator müalicəyə buraxılıb. Qalanı yatışdadır”, – o bildirib.

Xəstələrin sözlərinə görə, yas mərasimində qidalandıqdan 1 saat sonra halları pisləşib. “Hələlik başqa müraciət yoxdur”, – həkim yekunlaşdırıb.

Report.