Hatəmi: Hörmüz boğazı müharibənin bitməsi üçün zəruri şərtlərdən biridir

Hatəmi: Hörmüz boğazı müharibənin bitməsi üçün zəruri şərtlərdən biridir

Hörmüz boğazı İran üçün strateji vasitə olaraq qalacaq.

Bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi bildirib.

Ə.Hatəminin sözlərinə görə, Hörmüz boğazı İran xalqı üçün geosiyasi potensialdır və bu potensial əvvəlki vəziyyətinə qaytarılmamalıdır.

General bildirib ki, ABŞ Prezidenti Donald Tramp da Hörmüz boğazının strateji potensialının aktivləşdirilməsini siyasi hesablamalarının bir hissəsi hesab edir.

Xatəmi qeyd edib ki, İran bu potensialı əvvəlcədən bilirdi, lakin son müharibə olmasaydı, onu bu şəkildə aktivləşdirmək mümkün olmazdı.

Report.