Hakan Fidan Suriyaya səfər edib

Hakan Fidan Suriyaya səfər edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, H. Fidanın səfər çərçivəsində Suriya xarici işlər naziri Əsəd əş-Şeybanini ilə görüşü və Prezident Əhməd əş-Şəraa tərəfindən qəbul edilməsi gözlənilir.

Görüşlərdə əsas diqqət Xalq Müdafiə Dəstələri (YPG) və Suriya Demokratik Qüvvələrinin (SDG) özünü buraxması, eləcə də Suriya dövlət strukturlarına inteqrasiyası prosesinə yönələcək.

Tərəflər həmçinin Suriyanın cənubundakı vəziyyəti, İsrailin hücumlarını, ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunmasını müzakirə edəcəklər.

Report.