Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə görüşüb.
Görüş zamanı Xəlil əl-Hayya Qəzza zolağı və İordan çayının Qərb sahilindəki mövcud vəziyyəti diqqətə çatdırıb.
HƏMAS-ın sülh danışıqlarında konstruktiv mövqeyini davam etdirdiyini bildirən əl-Hayya, eyni zamanda, fələstinlilər arasındakı barışıq prosesi barədə də məlumatları bölüşüb.
H. Fidan bildirib ki, Türkiyə Qəzzadakı sülh prosesinə dəstəyini əsirgəməyəcək.
Report.