Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər.
Bu barədə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani ilə Dəməşqdə keçirilən danışıqlardan sonra bildirib.
“Prezidentimizin yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır. O, çoxdan belə bir səfər etmək istəyir. Biz bu səfər üçün şərait yaratmağa çalışırıq”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, Dəməşqdəki hazırkı təmaslar zamanı o, səfərə hazırlıqla məşğul olan yüksək səviyyəli qrupun görə biləcəyi işlərlə tanış olub: “Bu baxımdan, mənim hazırkı səfərim mühüm əhəmiyyət daşıyır”.
Fidan Ərdoğanın Suriyaya səfərinin dəqiq tarixini açıqlamayıb.
Report.