Hakan Fidan britaniyalı həmkarı ilə Qəzza və Ukraynadakı vəziyyəti müzakirə edib

Hakan Fidan britaniyalı həmkarı ilə Qəzza və Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend ilə telefon danışığı aparıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, H. Fidan telefon danışığı zamanı britaniyalı həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Tərəflər görüşdə Qəzza zolağı başda olmaqla Yaxın Şərqdəki vəziyyəti, həmçinin Rusiya-Ukrayna müharibəsindəki son inkişafları müzakirə ediblər.

Report.