Hacıqabulda avtomobilin vurduğu piyada ölüb

Hacıqabulda avtomobilin vurduğu piyada ölüb

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Hüseynov Valeh Hidayət oğlunu yol keçən zaman avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Report.