Hacıqabulda 19 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb

Hacıqabulda 19 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb

Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb.

Hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hacıqabul şəhər sakini, 2017-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qadının qətlində qardaşı şübhəli şəxs qismində saxlanılıb.

Report.