Gürcüstandan Azərbaycana qatarla səyahətə tələbat niyə çox yüksəkdir?

Gürcüstandan Azərbaycana qatarla səyahətə tələbat niyə çox yüksəkdir?

Qatarla Azərbaycandan Gürcüstan istiqamətində səyahətlə müqayisədə Gürcüstandan Azərbaycan istiqamətində səyahətə tələbat olduqca yüksəkdir.

Bu “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, bunun əsas səbəblərindən biri budur ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydalarına əsasən, xarici ölkə vətəndaşlarının ölkəmizi quru yolu vasitəsilə tərk etməsinə məhdudiyyət yoxdur:

“Lakin Azərbaycana giriş mövcud qaydaya uyğun olaraq təyyarə və qatarla həyata keçirilir. Bu vəziyyət Gürcüstandan Azərbaycana qayıtmaq və ya səfər etmək istəyən şəxslərin böyük hissəsinin dəmir yolu nəqliyyatına yönəlməsinə səbəb olur.

Onu da qeyd edək ki, artıq Bakı-Tbilisi-Bakı qatarlarında vaqonların sayı 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Bu, təqribən 4 təyyarənin tutumuna bərabərdir”.

Qafqazinfo.