Dünən Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” Aktual.Qəza Marneulidə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.
Qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi, aşpaz Namiq Qocayev həyatını itirib.
İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub və idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.
Faktla bağlı araşırma aparılır.

Qafqazinfo.