Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Günəşdə M sinfinə aid güclü partlayış baş verib.

Bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, 39 dəqiqə davam edən alovlanma Bakı vaxtı ilə saat 23:20-də qeydə alınıb.

Alimlərin sözlərinə görə, günəşdəki ləkə qruplarının bir-birinə təsiri bu kimi tez-tez və güclü alovlanmalara səbəb olur.

Qafqazinfo.