Göygöldə maşınlar toqquşdu – Xəsarət alanlar var

Göygöldə maşınlar toqquşdu  – Xəsarət alanlar var

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 21015” və “Hyundai” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Əli Əsgərov, 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun qızı 2004-cü il təvəllüdlü Xədicə Hüseynova xəsarət alıb.

Yaralılar xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Yunis Quliyev


Qafqazinfo.