Göygöldə 4 kəndi birləşdirən körpü qəzalı vəziyyətə düşdü – Fotolar

Göygöldə 4 kəndi birləşdirən körpü qəzalı vəziyyətə düşdü  – Fotolar

Göygöldə strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb.

Buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar səbəb olub.

Körpü Göygöl rayonunda ümumi 5 min nəfər əhalini birləşdirir. Belə ki, körpü Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun üzərindədir.

Həmçinin Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini birləşdirir.

Qeyd edək ki, körpü 1960-cı illərdə inşa olunub.

Yunis Quliyev


Qafqazinfo.