Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.