“Göygöl Şərab Zavodu” ASC 2025-ci ili 312 min manat mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyət 2024-cü ildən 589 min manat zərərlə çıxmışdı.
Bu il yanvarın 1-nə “Göygöl Şərab Zavodu”nun aktivləri 77,305 milyon manat olub ki, bu da illik müqayisədə 7,2 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 15,6 % artaraq 35,883 milyon manata, balans kapitalı isə 0,8 % artaraq 41,422 milyon manata çatıb.
Report.