Göyçayda evlərdən 24 min manat oğurlanıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər.
Polisin keçiridiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb.
Report.