Göyçayda avtomobil aşıb, xəsarət alanlar var

Göyçayda avtomobil aşıb, xəsarət alanlar var

Göyçayda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

Hadisə rayonun Xəlitli kəndi ərazisində qeydə alınıb.

“Opel” markalı avtomobil hərəkətdə olarkən sürücünün qəfil idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobilin yol kənarındakı qaz xəttini zədələməsi səbəbindən Xəlitli kəndinin qaz təchizatında fasilə yaranıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobilləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Report.