Türkiyənin Giresun şəhərinin Şebinkarahisar rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla kiçik yük maşını toqquşub, 23 nəfər xəsarət alıb.
Şebinkarahisar-Dereli avtomobil yolunun Şaplıca kəndi Deliklitaş ərazisində 44 PV 793 dövlət nömrə nişanlı mikroavtobusla 58 AGY 870 dövlət nömrə nişanlı kiçik yük maşını toqquşub.
“Kiçik yük maşını zərbənin təsirindən yol kənarına aşıb”, – məlumatda bildirilib.
Hadisə yerinə 112 Təcili Tibbi Yardım və jandarm qrupları göndərilib.
Qəzada yaralanan sürücülər də daxil olmaqla, 23 nəfər Şebinkarahisar Dövlət Xəstəxanasına çatdırılıb.
Report.