Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali xüsusi rütbələr verilib.
“Qafqazinfo” general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:
Azər Heybətli – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin rəisidir.

Elçin Abdullayev – Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev – Quru Qoşunlarının Artilleriya idarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev – Ordu korpuslarından birinin qərərgah rəisidir.
