Gəncədə zəncirvari qəza – Xəsarət alan var+Fotolar

Gəncədə zəncirvari qəza  – Xəsarət alan var+Fotolar

Gəncədə zəncirvari qəza baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücü zəncirvari qəza törədib. Toqquşma zamanı “Mercedes”, “Chevrolet”, “BYD” və “VAZ-21015” markalı avtomobillərə ziyan dəyib.

Qəza nəticəsində 1997-ci il təvəllüdlü Məhluqə Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev




Qafqazinfo.