Gəncədə ölümlə nəticələnən bıçaqlanma hadisəsi olub.
Hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.
Məlumata görə, insident zamanı iki nəfər bıçaq xəsarəti alıb.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı xəsarətlərdən həyatını itirib. Digər şəxs – 1998-ci il təvəllüdlü Azmat Peçerskiy isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri və bıçaqlanmanın hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğu və Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
Yunis Quliyev
Qafqazinfo.