Gəncədə qətl hadisəsi baş verib
Gəncədə oğul anasını öldürməkdə şübhəli bilinir.
Hadisə Kəlbəcər rayonundan olan Yeni Qəsəbə adlanan ərazidə baş verib. 49 yaşlı Qərənfil Muxtarova evində boğularaq öldürülüb.
İlkin ehtimala görə, qadını oğlu 2002-ci il təvəllüdlü Elgün Mirzəyev öldürməkdə şübhəli bilinir. Hadisə yerinə polis və prokurorluq orqanı əməkfaşları cəlb edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.
YENİLƏNİR
Report.