Gəncədə 23 yaşlı qızın meyiti tapıldı

Gəncədə 23 yaşlı qızın meyiti tapıldı

Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti tapılıb.

Hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev

Qafqazinfo.