Gəncə-Daşkəsən yolunda maşınla mikroavtobus toqquşdu, yaralı var – Fotolar

Gəncə-Daşkəsən yolunda maşınla mikroavtobus toqquşdu, yaralı var  – Fotolar</b>

Gəncə-Daşkəsən yolunda avtomobil qəzası baş verib.

Yolun Gəncə şəhərindən keçən hissəsində “VAZ 21015” markalı avtomobil “Mercedes Sprinter” markalı mikroavtobusla toqquşub.

Zərbənin təsirindən “VAZ” yol kənarına aşıb. Nəticədə, sürücü müxtəlif xəsarətlər alıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev



Qafqazinfo.