Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb.
Bu barədə qərar Ali Məhkəmədə verilib.
Qərara əsasən, Hacı Vəliyevin üzərində 2 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb.
Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Report.