Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq – Prezident açıqladı

Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq  – Prezident açıqladı

“Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

“Orada da vaxtilə, – sovet dövrünü nəzərdə tuturam, – və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”, – deyə Prezident əlavə edib.