Füzulidə qəbiristanlıqda yanğın olub – Fotolar

Füzulidə qəbiristanlıqda yanğın olub  – Fotolar</b>

Füzuli rayonunda qəbiristanlıq ərazisində yanğın hadisəsi baş verib.

Yanğın rayonun Babı və Arayatlı kəndlərinin qəbiristanlığında olub.

Belə ki, quru otlaq sahəsində başlayan yanğın qısa müddətdə genişlənərək məzarların ətrafına yayılıb.

Yanğın nəticəsində bir neçə qəbir daşına isə ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı


Qafqazinfo.