Hörmüz boğazında minaların təmizlənməsinə ehtiyac o deməkdir ki, İranla ABŞ arasında atəşkəs qüvvədə olsa belə, bu həyati əhəmiyyətli dəniz yolu ilə gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtması aylarla çəkəcək.
Bu barədə Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə Yaponiyanın NYK Line gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa bildirib.
Soqa qeyd edib ki, gəmiçilik üçün mövcud marşrutlar olduqca məhduddur və onlar çox dar dəhlizlərdir: “Hörmüz boğazının bağlanmasından əvvəlki vəziyyətə qayıtmasından hələ də çox uzağıq”.
Qəzet gəmilərin yalnız iki marşrutla hərəkət edə biləcəyini izah edib: İranın Larak adası yaxınlığında və Oman sahilləri boyunca. Məqalədə Hörmüz boğazında 80-ə qədər minanın qala biləcəyi bildirilib.